ilham Əliyev Qəbələdədir
Prezident İlham Əliyev bu gün Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub. O, mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxıb. 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcək. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaq.
Ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.#252;n
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08