Nəqliyyat naziri Ziya Məmmədova qarşı yeni iddialar da qaldırılıb. Mia.az xəbər verir ki, Bakı və Bakı ətrafı salınan və ya yenidən təmir olunan yolların kənarındakı yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə kompensasiya ödənilmədiyindən Ziya Məmmədovla ?Azəryolservis?? ASC-nin rəhbəri deputat Cavid Qurbanovun sahibkarlarla problemləri başlayıb: ?Yolun mühafizə zolağına düşən ?Abşeron? Kiçik Müəssisəsinin Nəqliyyat Nazirliyi, ?Azəryolservis? və Maliyyə Nazirliyinə qarşı 1.410.000 (Bir milyon dörd yüz on min manat) manatlıq iddia qaldırıb. Bu işə 2 saylı Bakı İnzibati ?İqtisadi Məhkəməsində baxılsa da, sözügedən məhkəmənin çıxardığı qətnamə kiçik müəssisə rəhbərini qane etməyib. Odur ki, qətnamədən apellyasiya şikayəti verilib?. Bakı Apellyasiya Məhkəməsindən qeyri-rəsmi əldə etdiyimiz xəbərə görə, ?Abşeron? Kiçik Müəssisəsinin Nəqliyyat Nazirliyi, ?Azəryolservis? və Maliyyə Nazirliyinə qarşı 1.410.000 manatlıq şikayəti hakim Ülvü Mayılovun sədrliyi ilə işə baxışdadır: ?Hakim iş üzrə şikayətə avqustun 29-da baxacaq?. #601;ssis#601;ssis