Kəmaləddin Heydərov Cümzüd Nuriyevə vəzifə verib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov keçmiş deputat, politoloq Cümşüd Nuriyevə vəzifə verib. FHN başçısı onu Zaqatalada zəlzələdən zərərçəkənlərə yardım komissiyasının rəhbəri təyin edib.
Mia.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu ilin mayın 7-də Zaqatalada baş verən 7 bal gücündə zəlzələ nəticəsində 3000 minə yaxın ev, həmçinin 123 sosial obyekt uçub və ya zədələnib: "Zəlzələnin bölgəyə vurduğu ziyanı aradan qaldırmaq üçün dövlət büdcəsindən ilkin 20 milyon manat olmaqla külli miqdarda vəsait ayrılıb. Bölgədən gələn son məlumatlarda isə görülən işlərdən ciddi narazılıq ifadə olunur. Belə ki, qəzalı evlərin və digər tikililərin bir qisminin yayın sonuna, bir qisminin isə qışa qədər təmir olunması nəzərdə tutulsa da işlər planlaşdırıldığı kimi getmir. Bölgədə tikinti işləri zəifləyib və hətta bəzi kəndlərdə dayandırılıb. Hətta sökülən məktəblərin bir mərtəbəsi belə tam tikilməyib. Belə bir vaxtda FHN komissiyasının başına Cümşüd Nuriyevin gətirilməsi ilə işlərdə dönüş olub-olmayacağını yəqin ki, yaxın vaxtlarda görə biləcəyik".
Cümşüd Nuriyevin özü ilə danışmaq cəhdimiz hələlik baş tutmayıb
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08