Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Bakıda gecə 25-27?, gündüz 36-38? isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26?, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27?, Türkan, Hövsan, Sahil, Şıxda 28-29? isti olacağı gözlənilir. Azərbaycanın regionlarında hava əsasən yağmursuz və günəşli keçəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 33-39?, bəzi yerlərdə isə 42 dərəcə olacağı proqnozlaşdırılır.