Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İrana səfər edəcək. Səfər gələn ilin əvəllərində baş tutacaq. Bu barədə İRNA agentliyinə açıqlamasında Azərbaycanın İrandakı hərbi attaşesi Mehman Süleymanov bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində S.Əbiyev iranlı həmkarı Əhməd Vahidlə bir sıra məsələləri müzakirə edəcək.