Gənclərin mənzil fondu yaradılacaq
Azərbaycanın 10 şəhər və rayonunda gənclər üçün evlərin tikintisi ilə bağlı layihə-smeta işlərinə başlanıb. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, bölgələrdə gənclər üçün evlərin tikilməsi məqsədilə Gənclər və İdman Nazirliyinə torpaq sahələrinin və yerlərin ayrılmasına başlanıb.
Bu işlər gənclərin dəstəklənməsi üçün xüsusi yaradılacaq Gənclər Fondunun hesabına görüləcək: ?Fondun əsasnaməsi artıq hazırdır və yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilir?. Paralel olaraq nazirlik gənclər üçün ipoteka proqramı üzərində də işləyir. Nazir qeyd edib ki, büdcədən sosial ipotekaya ayrılan vəsaitlər artırılmalı, şərtlər isə gənclər üçün daha əlverişli olmalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08