Ötən gün saat 23:42-də Şamaxı rayonunun Pirqulu kəndindən 15 kilometr şimal-qərbdə 3,1 bal gücündə zəlzələ baş verib. AAMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Pirquluda 3 baladək hiss edilib. Tikililərdə dağıntı yoxdur.