Hava meteohəssas insanlarda narahatlıq hissi yaradacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.
Sabah meteoroloji amillərin mülayim tərəddüdləri əksər meteohəssas insanlar ücün əlverişli olsa da, noyabrın 19-da nisbi rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08