23 noyabrda Rusiya Federasiyasının Soçi şəhərində Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyasına start verilir. Gənclər və idman naziri Azad Rəhimov və milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Assambleyanın rəsmi qonaqları sırasındadırlar. Rusiaynın Milli Olimpiya Komitəsinin prezidenti A.Zuxovun qonaqları rəsmi salamlamasından sonra Assambleya öz işinə start verəcək. Assambleya 24 noyabradək davam edəcək. Gənclər və idman naziri Azad Rəhimovun Soçiyə səfəri 24 noyabrda sona yetir. Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 25 noyabrda Moskva şəhərinə yola düşərək Rusiya Olimpiya Komitəsinin 100 illik yubileyinə həsr olunmuş gecədə iştirak edib, ölkə başçısı, milli olimpiya komitəsinin prezidenti İlham Əliyevin salam və təbriklərini çatdıracaq. Bununla yanaşı Çingiz Hüseynzadə 2014-cü il Soçi Qış Olimpiya oyunlarının keçiriləcəyi məkana da edəcək. Səfər 25 noyabradək davam edəcək