Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. Ölüm hadisəsi avqust ayının 6-da Müdafiə Nazirliyinin Naxçıvan Muxtar respublikasında yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin verdiyi məlumata görə, vəfat edən əsgər bu il Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Saməddin Mətləb oğlu Quliyevdir. İlkin ehtimala görə, 1990-cı il təvəllüdlü əsgərin ölümünə səbəb günvurma olub. T.Abdullayev hadisənin səbəblərinin araşdırıldığını bildirib.