Müsavat Partiyasının üzvü Yaşar Türkazər və gənc fəal Turqut Qəmbər də saxlanıb. Müsavat Partiyasından Gülağa Aslanlının verdiyi məlumata görə, saxlanan qadınları polis bölməsinə aparıblar. ?Lətafət Məlikova, Həqiqət Əlizadə, Arifə Hüseynli, Rüxsarə Mehdiyeva, Dünyaxanım Cərullayeva artıq bölmədədirlər. Amma onlara hansı polis bölməsinə aparıldıqlarını demirlər?. Aksiya iştirakçılarından daha biri Ağası Şakiroğlu saxlanıb. O Müsavat Partiyası üzvüdür. Müsavat Partiyasından Gülağa Aslanlının verdiyi məlumata görə, polis əməkdaşları metronun ?Nərimanov? stansiyası yaxınlığındakı məhəllələrdə ?müxalifətçi ovu?na başlayıblar: ?Onlar ərazidən hər kəsi uzaqlaşdırırlar?.