Səfər Əbiyev özbəkistanlı həmkarı ilə görüzüb
İyunun 13-də Azərbaycana rəsmi səfərə gələn Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra özbəkistanlı qonağın MN-də təntənəli qarşılanma mərasimi keçirilib.
Geniştərkibli görüşdə müdafiə nazirləri Azərbaycanla Özbəkistan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparıblar.
Sonra nazirlər arasında təkbətək görüş keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08