Prezident İlham Əliyev bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olub. Görülən işlərlə yaxından tanış olan dövlət başçısı paytaxtın giriş qapısı hesab edilən Heydər Əliyev prospektinin şəhərə qədər olan hissəsinin daha da abadlaşdırılması, yolboyu yaşıllıq zolaqlarının salınması, Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.