Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar may ayının 21-də İsmayıllı şəhərindən 24 km şimali-şərqdə zəlzələ qeydə alınıb. Maqnitudası 3.20 olan 9 km dərinlikdə qeydə alınan zəlzələ yerli vaxtla saat 02:27?də olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində hiss edilməyib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.