Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Görüşdə Azərbaycanla bp arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb. R.Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan prezidentinə məlumat verib. Görüşdə, həmçinin əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.