Rövnəq Abdullayevdən yeni təyinat
Asif Bəkirli Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş Ofisində yeni yaradılmış ?İnsan resursları departamenti?nin rəisi təyin edilib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bundan əvvəl o, şirkətin Sosial İnkişaf İdarəsinin Təlim,Tədris və Sertifikatlaşdırma Departamentinin rəisi olub.
?Uçot və işçilərlə əlaqələr?, ?Təlim və inkişaf? və ?İşə qəbul və yerləşdirmə? şöbələrindən ibarət Departament insan resurslarının vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək. Yeni departament şirkətə daxil olan idarə və müəssisələrdə kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, ümumillikdə, insan resurslarının idarə edilməsi üzrə işlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Yaxın gələcəkdə ARDNŞ-də vakant yerlər üzrə işə qəbulun elan olunması və iddiaçıların imtahan edilərək seçilməsi ?İnsan resursları departamenti? tərəfindən həyata keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08