Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, aprelin 1-nə kimi davam edəcək səfərdə məqsəd Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək iclasında iştirak etməkdir.
İclasda BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarəedilməsi diqqət mərkəzində olacaq. Müzakirələr samanı Şəbəkənin dörd əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturunun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.
Səfər çərçivəsində BSTA-nın Baş Katibinin müraciətinə əsasən, Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə məsləhətləşmələrin aparılması, həmçinin 2011-ci ilin iyun ayında Azərbaycanda keçirilməsi planlaşdırılan BSTA-nın Texniki Seminarı ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səlim Müslümov İsveçrə Konfederasiyasına səfərə gedib
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrə Konfederasiyasına səfərə yola düşüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08