Bakıda fəaliyyət göstərən Moskva Dövlət Açıq Universitetinin rəhbərləri həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları universitetin rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və işçisi Nemət Həsənovu saxlayıb. Hər üç şəxs korrupsiya, vəzifədən sui-istifadə və digər əməllərdə şübhəli bilinir. Aparılan araşdırmalardan sonra ətraflı məlumat veriləcək.