?Binəqədi Oyl Kompani? zirkəti Dövlət Komitəsini məhkəməyə verib
Səhm payının böyük hissəsinin Rusiyalı iş adamlarına aid olduğu bildirilən və Binəqədi rayonu ərazisində neft hasilatı ilə məşğul olan ?Binəqədi Oyl Kompani? şirkəti Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsini məhkəməyə verib. Buna səbəb isə komitənin müvafiq şöbəsinin şirkətin iddia etdiyi ərazi üzrə torpaq sahələrinə kadastr planı verməsidir.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, şirkətin iddiası üzrə Binəqədi Rayon Məhkəməsində keçirilən proses ikincinin xeyrinə bitib: ?Rayon Məhkəməsi kadastr planı verilən ərazinin neft şirkətinin balansında olmadığını əsas gətirib, iddia ərizəsini rədd edib. Ancaq Neft Şirkəti rayon məhkəməsinin bu qərarı ilə razılaşmadığından apellyasiya şikayəti verib və hal-hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində hakim İqlar Xələfovun sədrliyi ilə icraata qəbul olunub, araşdırma aparılır?.
Məlumata görə, hakim iş üzrə ilkin prosesi martın 30-u, saat 14.30-a təyin edib.
Son olaraq onu da qeyd edək ki, ?Binəqədi Oyl Kompani? şirkətinə Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadənin oğlu rəhbərlik edir. Komitənin Bakı şəhər şöbəsinin müdiri isə Natiq Məlikovdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08