Milli Məclisin (MM) yaz sessiyasının növbəti iclası başlayıb. Baş nazir Artur Rəsizadə, nazirlər hökumətin 2010-cu il üzrə hesabatını təqdim etmək üçün parlamentin iclasında iştirak edirlər. İclası açan spiker Oqtay Əsədov Azərbaycan xalqını, millət vəkillərini ilaxır çərşənbəsi və Novruz Bayramı münasibəti ilə təbrik edib. Spiker hökumətin 2010-cu ilə dair parlamentə daxil olan hesabatının yüksək səviyyədə hazırlandığını deyib. Daha sonra baş nazir Artur Rəsizadə hökumətin hesabatını təqdim etməyə başlayıb.