Bakıda universitet müəlliməsi qətlə yetirilib
Bakıda qətl hadisəsi törədilib. Xətai rayon Polis İdarəsində verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində, rayonun M. Hadi küçəsi ev 63, mənzil 36-da qeydə alınıb. Hələlik istintaqa məlum olmayan şəxs və yaxud da şəxslər həmin ünvanda yaşayan, 62 yaşlı Mahrux Mehdi qızı Əliyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə əməliyyat qrupu göndərilib, ilkin araşdırmalar aparılır.
Qeyd edək ki, M.Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi imiş
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08