ŞOK xəbər: Benzinin 1 manat olacağı ilə bağlı xəbər yayılıb (yenilənib)
Bu gün axşam saatlarında Bakı və Sumqayıtda gecə saat 12.00-dan sonra benzinin qiymətinin qalxacağı ilə bağlı xəbər yayılıb. Yayılan xəbərə görə, bu gecədən etibarən benzinin qiyməti 1 manat olacaq. Busəbəbdən də bəzi sürücülər ehtiyat üçün yanacaqdoldurma məntəqələrinə axışır.
Hətta bəzi yanacaqdoldurma məntəqələrində növbə yarandığı da bildirilir. Qeyd edək ki, enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı Tarif Şurası hər hansı bir qərar verməyib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, benzinin qiymətinin qalxması barədə şayiələrin heç bir əsası yoxdur: ?Tarif Şurasının gündəliyində yanacağın qiymətinin dəyişdirilməsi ilə bağlı məsələ dayanmır?.
Dövlət Neft Şirkəti də benzinin qiymətinin artırılması barədə məlumatları təkzib edib. Tarif Şurasından da bu barədə məlumatların əsasının olmadığı bildirilib. Şuranın katibi Elşən Əsədov ANS PRESS-ə bildirib ki,benzinin qiymətinin artırılması məsələsi qurumda müzakirə olunmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08