Bakıda üç nəfər dəm qazından zəhərlənərək ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonu ərazisində yaşayan Allahverdi Allahverdiyev mənzilində dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya aparılarkən yolda keçinib. Digər ölüm hadisəsi isə Nəsimi rayonu ərazisində baş verib. Orada kirayədə yaşayan Şəki rayon sakini Azər Abdullayev və Bakı şəhər sakini Bahar Mahmudova dəm qazından zəhərlənərək ölüb.