TQDK ölkənin 11 zəhərində sınaq imtahanları keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 23-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirir. TQDK-dan verilən xəbərə görə yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.
Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.
Bunun üçün abituriyentlər qiyməti 3 manat olan TQDK-nın ?ödəmə kartı?nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, TQDK-nın ?Abituriyent? satış köşkündən, eləcə də Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08