Oğuz-Qəbələ-Bakı su kəmərinin açılızı oldu
Bakı şəhərini keyfiyyətli içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olub. Dekabrın 28-də Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Mərasimdə məlumat verilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz ?Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb.
2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib.
Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08