istanbulda iƏT ölkələri dövlət bazçılarının XXI Zirvə Görüzü bazlayıb
Bu gün Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XXI Zirvə Görüşü öz işinə başlayıb. ANS TV-nin İstanbula ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Zirvə Görüşünə ev sahibliyi edən Türkiyənin prezidenti Abdullah Gül qonaqlarını qapıda şəxsən özü qarşılayıb.
Bu gün əlifba sırası ilə əvvəlcə Əfqanıstan, sonra isə Azərbaycan prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış edəcək. Dövlət başçısının öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə də yer verəcəyi gözlənilir.
Zirvə Görüşündə İƏT-in 10 üzvündən 7-si prezident səviyyəsində təmsil olunur. Dövlət başçıları zirvə çərçivəsində bir sıra təkbətək görüşlər keçirirlər. İlham Əliyevin keçirəcəyi görüşlərin proqramı hələ ki bəlli deyil.
Qeyd edək ki, Zirvə Görüşünün əsas müzakirə mövzusu İƏT-ə üzv olan ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirməkdir. Bu gün Zirvə Görüşündə, dünən İstanbulda İƏT ölkələrinin xarici işlər nazirləri Şurasında hazırlanmış sənəd müzakirəyə çıxarılacaq. İstanbul Deklorasiyası adlanan sənəddə təşkilata üzv olan ölkələr arasındakı iqtisadi sahədə əlaqələri gücləndirmək üçün ortaya çıxan maneələri aradan qaldırmaq üçün təkliflər yer alıb.
Həmin sənəddə Azərbaycanın da fikirləri yer alıb. Ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarov dünənki çıxışında bilirmişdi ki, Azərbaycanın ərazisində olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması İƏT ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində maneədir. O, təşkilata üzv olan ölkələri Azərbaycanın haqq səsini ucaltmağa çağırmışdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08