Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyində Azərbaycan Gimnastika Federasiyasının ümumi iclası keçirilib. Gimnastika Federasiyasının 4 illik fəaliyyətinin yekunları barədə hesabat məruzəsi ilə qurumun vitse-prezidenti Altay Həsənov çıxış edib. İclasda Gimnastika Federasiyası prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri olub. Həmçinin qurumun yeni nizamnaməsi müzakirə edilib. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yenidən beş il müddətinə Federasiyanın prezidenti seçilib.