Türkiyənin Sivas əyalətində baş verən qəzada ölən və yaralanan zəvvarların Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə ayrılıb. Bu barədə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, bu gün saat 20:25-də ?Turan Air? şirkətinə məxsus TU -154 Bakı-Sivas reysi ilə yola düşüb. Təyyarə qəza nəticəsində həlak olmuş zəvvarların cənazələrini və yaralıları gətirəcək. Sivasa uçuş müddəti1 saat 40 dəqiqədir. Amma təyyarənin Bakıya nə vaxt uçacağı dəqiq məlum deyil.