Azərbaycan prezidenti İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfər edib. MİA-nın xəbərinə görə, dövlət başçısı Horadiz şəhərinin mərkəzindəki parkda Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Ölkə başçısı Horadiz qəsəbəsində yenidənqurma işləri ilə tanış olub, burada yeni tikilmiş Olimpiya Kompleksinin və Muğam Məktəbinin açılışında iştirak edib. İ.Əliyev əhali qarşısında çıxış edib. Sonra prezident rayonun Böyük Bəhmənli kəndində yeni tikilmiş Diaqnostika Mərkəzinin açılışında iştirak edib.