Noyabrda 5 gün iz olmayacaq
Bu ay Azərbaycanda 5 gün qeyri-iş günüdür. Nazirlər Kabinetindən verilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü qeyri-iş günüdür. Bu gün Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə bayram kimi qeyd olunacaq.
Xatırladaq ki, 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Bu əlavəyə əsasən, 9 noyabr ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil olunub.
Nazirlər Kabinetinin qərarı ilə Qurban Bayramı münasibətilə noyabrın 14, 15, 16 və 17-də də Azərbaycanda qeyri-iş günüdür.
Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd olunur. Əvvəllər qeyri-iş günü sayılan bu bayramlar son 2 ildə qeyd olunmalarına baxmayaraq, qeyri-iş günləri sayılan bayramlar siyahısından çıxarılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08