Azərbaycanda tamamilə sabit seçkiqabağı vəziyyət müşahidə olunur, siyasi mübarizə üçün bütün şərait yaradılıb, seçki institutları dinamik fəaliyyətdədirlər. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Azərbaycanda seçkiqabağı kampaniya ilə əlaqədar ciddi hüquq pozuntuları müşahidə edilmir", - o deyib. Əli Həsənovun sözlərinə görə, bir sıra seçki dairələrində yaranan problemlər seçici institutları tərəfindən vaxtında öyrənilir və qarşısı alınır.