Bu gün yol qəzasında həlak olan Poliqon İnformaiya Agentliyinin və "Milli Yol" qəzetinin baş redaktoru Şahin Ağabəyli ilə vida mərasimi keçirilib. MİA-nın xəbərinə görə, vida mərasimi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası qarşısında keçirilib. Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev, ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli, ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu, ?Bizim yol? qəzetinin baş redaktoru Bahəddin Həziyev, ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahid və digər mətbuat nümayəndələri iştirak edib. Mərhumun cənazəsi bu gün doğulduğu Neftçala rayonunun Qaraimanlı kəndinə aparılacaq.