Bu gün axşamdan həftənin sonunadək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Bu badədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. Məlumata görə, şimşək çaxacağı arabir yağış yağacağı gözlənilir. Temperatur tədricən aşağı enəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında sabah havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşam mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14?, gündüz 15?-yə yaxın olacaq. Oktyabrın 24-də yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13?, gündüz 15?-yə yaxın təşkil edəcək. Oktyabrın 25-də isə hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəçək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14?, gündüz 15-18? olacaq. Azərbaycanın rayonlarında oktyabrın 23-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı, gecə saatlarında yağışın yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-14?, gündüz 15-18?, dağlarda gecə 3-8?, gündüz 8-11? olacaq. Oktyabrın 24-25-də arabir yağış yağacağı proqnozlaşdırılır. Ayın 24-də bəzi yerlərdə intensiv olacağı, yağışın yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-14?, gündüz 15-18?, dağlarda gecə 2-6?, gündüz 6-9?, yüksək dağlıq ərazilərdə gecə və gündüz 0?-yə yaxın olacaq.