Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. MSK iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, bu vaxta qədər quruma 169 müraciət daxil olub. Onun sözlərinə görə, bu müraciətlərin 128-i təmin edilməyib. 41 müraciətə müsbət cavab verilib. 4 nəfər isə müraciətini geri götürüb. MSK sədri namizədliyin qeydə alınması ilə bağlı müəyyən edilmiş müddətin bu gün başa çatdığını elan edib.