Azərbaycanda fəaliyyət göstərən 103 aptek təşkilatlarında reydlər keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, reydlər zamanı Aptek təşkilatlarından Səhiyyə Nazirliyinin icazəsi olmadan respublikaya idxal olunmuş və yararlıq sertifikatı olmayan 5974 qutu və istifadə müddəti bitmiş 110 qutu dərman preparatları müsadirə edilərək götürülüb. Xüsusi razılıq (lisenziya) olmadan qanunsuz əczaçılıq fəaliyyəti göstərən 4 obyekt aşkarlanaraq fəaliyyətləri dayandırılmış və lisenziya olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar həmin obyektlərin sahiblərinə inzibati xətalar haqqında cərimə protokolları tərtib edilib. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən reydlər davam edir.