Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki Komissiyalarının (DSK) qərarını ləğv edərək daha 7 nəfərin namizədliyinin qeydə alınması ilə bağlı qərar qəbul edib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev qeydə alınan namizədlərin kimliyi və partiya mənsubiyyəti haqqında məlumat verməyib.