ABŞ prezidenti Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona - Ağ Evə dəvət edib.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Putin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Donald Tramp bu dəvəti martın 20-də Putunlə telefon danışığında edib:  "O, telefon danışığında Putini Ağ Evə dəvət etdi. Bildirdi ki, üz-üzə görüşək, aradakı fikir ayrılıqları ilə bağlı ikitərəfli görüş və toplantılar keçirək". 

Uşakov bildirib ki, hər şey yolunda gedərsə və Amerika tərəfi vədindən yayınmazsa, belə bir görüş baş tutacaq.

Mia.az