Rusiya Federasiyasının Qazaxıstandakı keçmiş səfiri Mixail Boçarnikov Azərbaycanda Rusiya diplomatik missiyasına rəhbərlik edə bilər.
Bu barədə "TASS"a parlamentdəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, M.Boçarnikovun namizədliyi bu gün MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr işləri üzrə Dövlət Dumasının profil komitəsi tərəfindən təsdiqlənib/Trend.