Hərbi mazının qəzaya uğraması nəticəsində yaralanan iki hərbçi dünyasını dəyizib
Dünən Sumqayıt-Giləzi yolunun 10-cu kilometrliyində qəzaya uğrayan hərbi maşında yaralanan iki əsgər də dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində ağır yaralanan Azərbaycan Ordusunun hərbçiləri, Bərdə rayon sakini, 35 yaşlı Məzahir Soltan oğlu Qasımov və Masallı rayon sakini, 32 yaşlı Səbuhi Balağa oğlu Şirinov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyalarını dəyişiblər.
Xatırladaq ki, digər hərbçi Bakı şəhəri, Yasamal rayon sakini, 35 yaşlı Elşad Yaşar oğlu Məmmədov isə qəza zamanı hadisə yerində keçinib.
Qeyd edək ki, hadisə sentyabrın 23-ü saat 14.30 radələrində Sumqayıt-Giləzi yolunda qeydə alınıb. Müdafi Nazirliyinin ?N? saylı hərbi hissəsinə məxsus yük maşını körpüdən aşıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08