Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı müvəqqəti izlər vəkili ilə görüzüb
ABŞ Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan MSK sədri bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirib.
MSK ilə ABŞ səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Adam Sterlinq Azərbaycanın çox mühüm bir hadisə ərəfəsində olduğunu qeyd edib və Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanıb.
MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və görülən işlər barədə qonağa ətraflı məlumat verib.
Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08