Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) keçmiş "Azərkimya" Dövlət Şirkətinin bazasında yaradılmış "Azərkimya" İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev də deputatlığa namızəd olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hakim Yeni Azərmbaycan Partiyasının açıqladığı naməzədlər siyahısında "Azərkimya" rəhbərinin də adı var. YAP M.Babayevin namizədliyini 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürüb.