?Dövlət sosial sığorta zəhadətnaməsini almısınınızmı? adlı sorğu keçirilib
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. DSMF-nın ictimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, bu dəfəki sorğu zamanı respondentlərə ?Dövlət sosial sığorta şəhadətnaməsini almısınınızmı? sualı ünvanlanıb.
Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 75.3 faizi sosial sığorta şəhadətnaməsi aldığını bildirib. Sorğuya qatılanların 19,5 faizi isə sosial sığorta şəhadətnaməsini almadığını, 5,2 faizi şəhadətnamə almaq üçün müraciət etmədiyini nəzərə çatdırıb.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə 01.07.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə çatıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08