Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatla bağlı Dövlət Təhlükəsizlik Şurasını toplayıb.

Mia.az Rusiya mətbuatına istinadən bildirir ki, toplantıda Türkiyənin Afrindəki əməliyatı müzakirə olunub.

Kremlin sözçüsü Peskovun sözlərinə görə, hərbi rəhbərliyin də qatıldığı toplantıda Putin ötən gün Ərdoğanla telefonda etdiyi söhbəti haqda da məlumat verib.

Lakin o, toplantıda konkret nələrin müzakirə olunduğu və Rusiyanın gələcəkdə hansı addımlar atacağını açıqlamayıb. 

Mia.az