Türkiyə ordusu Afrində Azad Suriya Ordusu (ASO)ilə birlikdə 20 şəhid verib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan məlumat verib.

O, bildirib ki, şəhidlərdən 3-ü türk əsgəridir və bütün şəhidlərin qanı yerdə qalmayacaq: "30 əsgərimiz isə yaralanıb. O terrorçular şəhidlərimizə görə çox ağır bədəl ödəyəcəklər. Onların qanı yerdə qalmayacaq".

Onu da qeyd edək ki, bu gün Türk ordusu Afrinin şimal-qərbində yerləşən Ali Bekki kəndini də  terrorçulardan təmizləyib.

Bu günə qədər Afrində 394 PKK/PYD və İŞİD terrorçusu və  340-dan çox hədəf (silah anbarları, gizli tunellər, texnika və s) məhv edilib.

Mia.az