İranda 6 gündür davam edən etiraz aksiyalarında ölənlərin sayı artıb.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası xəbər yayıb.
Bildirilib ki, ölkədə etirazlar bu gecə də davam edib. Nəticədə ötən gecə 9 nəfər də həyatını itirib: "Bununla da ölənlərin sayı 28-ə çatıb".
Xəbərdə qeyd edilib ki, etirazçılar Tehran və ətrafında yerləşən hərbi hissə və polis məntəqəsinə hücum ediblər. Bu zaman tərəflər arasında qarşıdurma güclənib. Nəticədə 2 nəfər inqilab korpusunun üzvü də həlak olub. Öənlərdən 7-i isə etirazçı mülki şəxslərdir.
Xatırladaq ki, yüksək inflyasiya, işsizlik və yaşamağın çətinliyi səbəbi ilə Məşhəddən başlayan etirazlar sürətlə digər iri şəhərlərə yayılıb. İran dövlət qüvvələri hələ ki bunun qarşısını ala bilmir.
Mia.az