ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı bu gün də diqqətçəkən bəyanat verib.
Mia.az xəbər verir ki, o, "Twitter” hesabı vasitəsi ilə İran xalqına xitabən belə bir müraciət yazıb: "İran xalqı uygun zamanda ABŞ-dan böyük dəstək görəcək".
Xatırladaq ki, Tramp dünənki mesajında Tehran rejimini təhqir etməklə yanaşı, belə bəyanat vermişdi: "İran xalqı, nəhayət, vəhşi İran rejiminə qarşı hərəkətə keçdi. Xalqın yeyəcək çox az şeyi var, infliyasiya yüksəkdir və insan haqları yoxdur. ABŞ sizi izləyir".
Mia.az