"Bütün Türkiyə Ankaradakı Rusiya səfirinin qətlə yetirilməsini qınayır".

Bunu Moskvda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, baş vermiş hadisənin terror aktı olduğunu söyləyib: "Bu terror aktı təkcə Rusiyaya deyil, Türkiyəyə də qarşıdır"(APA).

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 19-da Moskvaya gəlib.

O, bu gün Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya münaqişəsinin həlli ilə bağlı nəzərdə tutulan üçtərəfli görüşdə iştirak edəcək.