"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq".

Bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib.  (APA)