Qafqaz Müsəlmanları İdarəsi bütün ermənilərin katalikosu II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı mətbuatda gedən yazılarla bağlı rəsmi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlarından biri II Qareginin Bakıda ziyarət etdiyi yerlər barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin adından qeyri-dəqiq məlumat verib. Bu isə sözügüən anlaşılmazlığın yaranmasına yol açıb. Məlumatın dəqiqləşdirilməsindən sonra II Qareginin və onu müşayiət edən şəxslərin Şəhidlər Xiyabanını ziyarət etmədiyi məlum olub. Qeyri-dəqiq məlumat yayan İdarənin əməkdaşı isə cəzalandırılıb. Qeyd edək ki, bu gün Eçmiədzinin kilsəsinin mətbuat xidməti II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi faktını təkzib edib.