Bu gecə Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi evin 1-ci mərtəbəsində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə,partlayış zamanı yanğın olmayıb. Nəticədə, evin pəncərələri və lambirdən ibarət tavanı uçmuş, həmin vaxt evdə olan kirayənişin xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.